Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putin və ukraynalı həmkarı Vladimir Zelenski arasında görüş üçün heç bir şərt olmadığını bildirib.
Qaynarinfo xəbər verir ki, Peskov belə bir görüş keçirmək arzusunu ifadə edən Zelenskinin son bəyanatına münasibət bildirərkən deyib.
Eyni zamanda Peskov Putinin belə bir görüş ehtimalını heç vaxt rədd etmədiyini vurğulayıb. Onun sözlərinə görə, danışıqlar aparmaq üçün əvvəlcə dövlət başçılarının öz aralarında nələri müzakirə edəcəklərinə qərar vermək lazımdır.
Qeyd edək ki, daha əvvəl Zelenski Putinlə təkbətək görüşünün nəticə verə biləcəyi fikrini ifadə edib.
Xəyal Abdullayev