Dünya 16:52 29.03.2023

Peskov: Rusiya ilə “düşmən dövlətlər” arasında qarşıdurma uzun çəkəcək

"Rusiya Federasiyasına qarşı "dost olmayan dövlətlər tərəfindən açılan” "hibrid müharibə” "uzun müddət davam edəcək”.

Qaynarinfo xəbər verir ki, bu haqda ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov xüsusi hərbi əməliyyatın Kremlin bitmə perspektivlərini necə qiymətləndirdiyi sualını şərh edərkən bildirib.

Peskov əlavə edib ki, "belə perspektivlərlə bağlı Müdafiə Nazirliyi nəsə deyə bilər”.

Eyni zamanda o, "xüsusi hərbi əməliyyatın” keçirilməsinin Ukrayna ilə bağlı vəziyyətdə Rusiyanın "məqsədlərinə çatmağın yeganə yolu” olaraq qaldığını bildirib. Onun sözlərinə görə, "Ukrayna məsələsində siyasi və diplomatik yollar mümkün deyil”.

Eyni zamanda, Kremlin sözçüsü xatırladıb ki, Rusiyanın əsas tələbləri "yeni regionların sakinlərinin təhlükəsizliyini və bütövlükdə ölkənin təhlükəsizliyini təmin etməkdir”.

Alpər