Xəbər lenti

Peskov: Rusiya neft və qazdan təzyiq vasitəsi kimi istifadə etmir
Dünya10:22 08.07.2022

Peskov: Rusiya neft və qazdan təzyiq vasitəsi kimi istifadə etmir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya hazırda Kanadada təmir edilən "Şimal axını 1” boru kəməri üçün turbini geri qaytarılarsa, Avropaya qaz tədarükünü artıracaq.
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə rəsmi Kreml bildirib.
Rusiya Avropada bir sıra ölkələrə satdığı qazın dayandırılmasını Kanadada təmirdə olan turbinlə əlaqələndirmişdi.
Xatırladaq ki, Ukrayna sanksiyaları pozacağını əsas gətirərək, Kanadanın Rusiyanın "Qazprom” şirkətinə turbin qaytarmasına qarşı çıxır.
Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın neft və qazdan siyasi təzyiq vasitəsi kimi istifadə etməsi ilə bağlı iddiaları rədd edib.
Onun sözlərinə görə, bu ay üçün planlaşdırılan "Şimal axını 1”də texniki xidmətin dayandırılması müntəzəm, planlaşdırılan hadisədir.
Nurlan Hüseynov