Dünya 15:49 06.06.2022

Peskovdan Lavrovun Avropaya buraxılmaması insidentiylə bağlı açıqlama

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Serbiya səfərinə mane olan bəzi ölkələrin düşmənçilik hərəkətləri Moskvanın dost dövlətlərlə işini davam etdirməsinə mane ola bilməz. 

Qaynarinfo Rosbalt.ru-ya istinadla xəbər verir ki, bunu bu gün jurnalistlərə müsahibəsində Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Xatırladaq ki, Monteneqro, Şimali Makedoniya və Bolqarıstan - Serbiyanı əhatə edən ölkələr iyunun 6-7-nə planlaşdırılan danışıqlar üçün Belqrada gedən Lavrovun olduğu hökumət təyyarəsinin keçidi üçün səmanı bağlayıb.

"Ölkəmizə, ölkəmizin yüksək səviyyəli nümayəndələrinə qarşı bu cür düşmənçilik hərəkətləri müəyyən problemlər yarada bilər, lakin Moskvanın "həmin ölkələrlə, xüsusən də Serbiya kimi dost ölkələrlə” təmaslarına mane ola bilməz”, - Kremlin sözçüsü vurğulayıb. 

Onun fikrincə, bu cür hərəkətlər Rusiya diplomatiyası üçün "müəyyən diskomfort” yaradır, lakin ona mane olmaq gücündə deyil.

Öz növbəsində, Lavrov Şimali Atlantika Alyansının bir sıra ölkələrinin onun təyyarəsini Serbiyaya səfərə buraxmamaq qərarını bənzərsiz adlandırıb.
Nəticədə, nazir qeyd edib ki, Rusiya Serbiyanın xarici işlər naziri Nikola Selakoviçi yaxın vaxtlarda Moskvaya səfərə dəvət edib.
 
Alpər