Xəbər lenti

Peterburq terraktdan sonra: Rabitə kəsildi, əhali küçələrdədir
Dünya14:50 03.04.2017

Peterburq terraktdan sonra: Rabitə kəsildi, əhali küçələrdədir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Sankt-Peterburqda metro stansiyasında baş verən terror aktından sonra şəhərdə vəziyyət gərgindir. Telefon rabitəsi kəsilib, metro stansiyaları bağlandığına görə çox sayda insan küçələrdə qalıb”. 
Bunu cebhe.info-ya Rusiyada yaşayan soydaşımız E.Vəliyeva bildirib. Onun sözlərinə görə, baş verən terror aktından sonra digər yerlərdə də bənzər hadisənin törədilməsi təhlükəsi ilə insanlar daha çox piyada hərəkət etməyə üstünlük verirlər. Həmçinin 8 metro stansiyası bağlanıb.
Mobil rabitədə də problemlər yaranıb. Ancaq mobil əlaqənin operatorlar tərəfindən təhlükəsizlik məqsədilə kəsildiyi, yoxsa yüklənmə nəticəsində problemin ortaya çxıdığı xəbər verilmir. 
Qaynar.Az