Rusiyanın Sankt-Peterburq şəhərində, metroda terror aktı törətməkdə təqsirləndirilən Əkbərcan Cəlilovun anası Peterburqa gəlib.
"Qaynar" İstipress-ə istinadən xəbər verir ki, jurnalistlərin suallarını cavablandırmayan qadın, oğlunun da təqsirsiz olduğuna inanır.
Bu arada, Mərkəzi Asiyadan olduğu güman edilən, terrora havadarlıq etdiyi deyilən altı nəfər saxlanılıb.
İstiPress-in “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, əməliyyatda polis, FTX (Federal Təhlükəsizlik Xidməti)-nın əməkdaşları, Qvardiyanın xüsusi bölməsi iştirak edib. Araşdırma nəticəsində məlum olub ki, həmin şəxslər “Cəbhət ən-Nüsra”nın üzvləridir və 2015-ci ildən Peterburqa toplaşıblar. Hazırda onların evində axtarış elan olunub. Əməliyyatçılar evdən dini ekstremizmi yayan ədəbiyyatlar və bəzi sənədlər aşkar edərək götürüblər.
Xatırladaq ki, Aprelin 3-də, günorta saatlarında Sankt-Peterburq metrosunun "Sennaya Ploşad" və "Texnoloqiceskiy institut" stansiyalarının keçidində baş verən partlayış nəticəsində 14 nəfər ölüb, 49 nəfər xəsarət alıb. Ölən və yaralananlar arasında azərbaycanlılar da var.
Qaynar.Az