Xəbər lenti

Petrosyandan Qarabağ açıqlaması
Dünya16:23 11.04.2016

Petrosyandan Qarabağ açıqlaması

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Qarabağda atəşkəsin pozulmasının genişmiqyaslı xarakter almasının qarşısını almaq iqtidarındadır. 
Bu sözləri Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bildirib. 
"Təmas xəttində atəşkəsin bərpa edilməsinə Rusiyanın vasitəçiliyi ilə nail olundu. Rusiya xırda pozuntulara elə də önəm vermir, ancaq genişmiqyaslı hərbi qarşıdurmanın qarşısını almaqda bacarıqlıdır", - Ter-Petrosyan qeyd edib. 
Onun sözlərinə görə, Qarabağda münaqişənin nizama salınması üzrə keçiriləcək növbəti danışıqlarda Rusiyanın rolu böyük olacaq.
Qeyd edək ki, Ter-Petrosyan “mərhələli həll” planını dəstəklədiyinə görə 1998-ci ildə Serj Sərkisyan və Röbert Köçəryan tərəfindən hərbi çevrilişlə vəzifədən uzaqlaşdırılıb. Hələ o zaman Ter-Petrosyan “indi Azərbaycanın təklif etdiyi şərtləri vaxt gələcək diz üstə, yalvara-yalvara xahiş edəcəksiniz” deyə açıqlamışdı.
2-5 aprel tarixlərində cəbhədə yaşananlardan sonra S.Sərkisyan ilk dəfə olaraq Ter-Petrosyanın evinə getdi və onunla Qarabağla bağlı müzakirə apardı. Bir saat davam edən müzakirə barədə mediaya heç bir açıqlama verilməyib. (axar.az)
Qaynar.info