Aktyor Dmitri Pevtsov həmkarı Çulpan Xamatovanın Rusiya Federasiyasını tərk etməsinə münasibət bildirib.
Qaynarinfo xəbər verir ki, Federal Press-ə müsahibəsində "Bandit Peterburqu”nun ulduzu deyib ki, o, aktrisanı uşaqlıqdan tanıyır və onlar eyni zamanda üç layihədə - "Aslan payı" filmində, "İmperiyanın süqutu" və "Dostoyevski” seriallarında birlikdə çalışıblar.
"Uzun illər onun necə irəlilədiyini, adını tədiq etdirdiyini müşahidə etdim. O bunu bacardı. O, istedadlı insandır", - Pevtsov hesab edir. Eyni zamanda, sənətçi Xamatovanın necə hər şeyi atıb getdiyini başa düşmədiyini qeyd edib. "Onun yaratdığı fondu, uşaqları, valideynləri, komandasının gördüyü iş, teatr, tamaşaçılar necə olacaq bəs?" - aktyor sual edib.
Pevtsovun sözlərinə görə, Xamatova üçün Latviyada asan olmayacaq. "Çulpan indi orada Rusiya hökumətinin qurbanı və rejimi tərk edən şəxs kimi lazım və maraqlıdır. O, Riqadakı Yeni Teatrda işləyə bilmək üçün latış dilini öyrənməlidir”, - Pevtsov bildirib.
Eyni zamanda o, hər kəsi ölkəni tərk etmiş aktyorları satqın adlandırmağa tələsməməyə çağırıb. "Xain dövlət strukturunda işləyən, dövlət sirri ilə tanış olan və sonra onu otuz gümüşə satan adamdır. Bu isə... bu isə sadəcə uşaqdır", - Pevtsov Xamatovanın bir müddətdən sonra hər şeyi başa düşəcəyini və qayıtmağı xahiş edəcəyini deyib.
Xamatova daha əvvəl deyib ki, onun üçün Rusiya Federasiyasının xalq artisti adı "bir növ cəfəngiyyatdır və sovetin qalığıdır”.
Alpər