Xəbər lenti

Peyğəmbərimizin 3D evi - VİDEO
Dünya06:56 07.02.2014

Peyğəmbərimizin 3D evi - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Səudiyyə Ərəbistanı dövləti Hz. Məhəmmədin (ƏS) hədislərdə təsvir edilən evinin oxşarını hazırlayıb.

Ans press-in xarici mətbuata istinadən məlumatına görə, Səudiyyə Ərəbistanı dövləti peyğəmbərin hədislərdə təsvir edilən yaşadığı evin ölçülərinə, əşyaların növünə, materiallarınə və rənglərinə qədər əslinə oxşar şəkildə ərsəyə gətiriblər.

Ciddədə nümayiş olunan və peyğəmbərin otağı adı verilən sərgini "online" olaraq gəzmək mümkündür.

Ev bir otaq, hamam və mətbəxdən ibarətdir. Hədislərə görə peyğəmbərin həsir yataqda yatmaqdan xoşu gəldiyi bildirlir. Buna görə də evdə bir ədəd həsir yataq, yerdə həsir kilimlər yer alıb.

Həmçinin, divara asılmış ox və yayı da diqqət çəkən detallardan biridir.

Qaynar.info