Xəbər lenti

Peykimizin orbitə çıxarılmasının bir illiyi - FOTOLAR
Ekonomiks18:26 08.02.2014

Peykimizin orbitə çıxarılmasının bir illiyi - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Bakıda “İnformasiya-kommunikasiya texnologiyaları ili”nin yekunlarına və ilk telekommunikasiya peykinin orbitə çıxarılmasının bir illiyinə həsr olunmuş tədbir keçirilir.

Qaynar.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, tədbirdə əvvəlcə Prezident İlham Əliyevin Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsində çalışan şəxslərə “Əməkdar mühəndis” fəxri adının verilməsi, həmçinin informasiya-kommunikasiya və kosmik sənaye sahələrində çalışan şəxslərin təltif edilməsi haqqında sərəncamları oxunub.

Sonra ötən il İKT sahəsində görülən işləri və əldə olunan uğurları əks etdirən video-çarx göstərilib.

Tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov 2013-cü ildə İKT sahəsində əldə olunan uğurları diqqətə çatdırıb. Nazirliyin İKT sahəsində gələcəyə hesablanmış siyasətini açıqlayan Ə.Abbasov deyibki, bazarda liberallaşmanın genişləndirilməsi, rəqabət mühitinin sağlamlaşdırılması, tənzimləmənin sərbəstləşdirilməsi istiqamətində tədbirlər görüləcək, bu sferada özəlləşmə siyasəti davam etdiriləcək.

Qaynar.info