Xəbər lenti

PFL
İdman 11:52 31.10.2022

PFL "Qarabağ"ın sabiq mətbuat katibinin şirkəti ilə müqavilə imzaladı

Peşəkar Futbol Liqası və Cansports travel&consulting şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Qaynarinfo qurumun rəsmi saytına istinadən xəbər verir ki, "Cansports travel and consulting” şirkəti Peşəkar Futbol Liqasının daxili və xarici səfərlərini təşkil edən şirkətlər siyahısına daxil olub. Bundan əlavə, zərurət yaranacağı təqdirdə "Cansport” şirkəti PFL-in digər layihələri zamanı da tərəfdaş kimi təşkilati işlərə müvafiq dəstək verə bilər.

Azərbaycanda bu sahədə fəaliyyət göstərən "Cansports travel and consulting” şirkətinin əsas məqsədi idman turnirləri, təlim-məşq toplanışları, idmanla bağlı müxtəlif xidmətləri yüksək səviyyədə həyata keçirmək və nümayiş etdirməkdir.
 
Şirkətin rəhbəri "Qarabağ"ın sabiq mətbuat katibi Nurlan İbrahimovdur. 
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->