Amerika Birləşmiş Ştatlarında pilot 161 sərnişini təyyarədə qəzaya uğramaqdan xilas edib. Anspress xəbər verir ki, təyyarə havada olarkən pilotun anidən ürəyi tutub. Bu səbəbdən o Aydaxo ştatına məcburi eniş edib. Təyyarə yerə enəndən sonra pliot huşsuz vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.