Xəbər lenti

Pişik qatilinə 16 il həbs cəzası (FOTOLAR)
Dünya08:06 16.07.2017

Pişik qatilinə 16 il həbs cəzası (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-ın Kaliforniya ştatında Robert Roy adlı şəxs 21 pişiyin qətlinə görə 16 il həbslə cəzalandırılıb.

"Qaynarinfo" "Daily Mail"ə istinadən xəbər verir ki, 25 yaşlı cinayətkarın maşınında pişik meyidi aşkar ediləndən sonra o həbs edilib və 21 pişiyi öldürdüyü məlum olub. Tapılan narıncı rəngli dişi pişiyin cinsi orqanında da zədələr müəyyənləşdirilib. Caninin bu heyvanları seksual zorakılığa məruz qoyduğu da iddialar arasındadır. Bundan əlavə Royun avtomobilində pişik tükü, qan, əlcək, bıçaq və pişik xaltası tapılıb. 

Robertin ilk qurbanlarından olan 17 yaşlı Qo-Qo adlı pişiyin sahibi Petrova Royun onu həyətlərindən oğurladığını və pişiyi bir daha görmədiklərini deyib.

Qeyd edək ki, bir qrup şəxs cani əleyhinə aksiya keçirib və pişiklər üçün ədalət tələb edib.

Gülşən

Qaynarinfo.Az