
İngiltərənin Rinqvood kəndində tənha həyat yaşayan 56 yaşlı Canet Veal adlı bir qadın evində bəslədiyi pişiklərin yeminə çevrilib.
Anspress Türkiyə mətbuatına istinadən xəbər verir ki, qonşular qadını uzun müddət ortalıqda görünməməsi barədə polisə məlumat veriblər.
Məlumat əsasında polislər qadının yaşadığı evə gələrək içəri daxil olublar. Bu zaman polislər C.Vealnın pişiklər tərəfindən parçalanmış cəsədi mətbəxdə tapıblar.
Hadisə yerinə dərhal ekspertlər dəvət olunub. Tibbi ekspertizanın rəyinə görə, C.Veala bir neçə ay öncə evində infarktdan keçinib, cəsəd isə evdə ac qalan pişiklər tərəfindən parçalanıb.
Hadisə ölkədə çaxnaşmaya səsbəb olub.
Qaynar.info