Xəbər lenti

Pişiklərin sahiblərinin səsini ayırd edə bildiyi məlum oldu, ancaq...
Dünya16:12 27.03.2021

Pişiklərin sahiblərinin səsini ayırd edə bildiyi məlum oldu, ancaq...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Pişiklər sahiblərinin səslərini ayırd edə bilir, ancaq cavab verməyə ehtiyac görmürlər. 
Qaynarinfo "The Mirror”a istinadla xəbər verir ki, bunu Tokio Universitetinin alimləri üzə çıxarıblar.
Məlumata görə, mütəxəssislər 20 pişiklə təcrübə apararaq onları sahibinin və üç yad adamın səsini dinləməyə dəvət edərək, necə reaksiya verəcəklərini anlamağa çalışıblar. Heyvanlar sahiblərinin tembrini eşidəndə daha aktiv və canlı olublar.
Eyni zamanda, elm adamları ev heyvanlarının bir insanın onlarla danışdığını başa düşdüyünü, ancaq cavab verməyi lazım hesab etmədiyi fərziyyəsinin təsdiqləndiyini iddia edirlər.
Tədqiqatçılar bu cür reaksiyaların qədim dövrlərdən bəri, pişiklərin itlərlə birlikdə əhliləşdirildiyi dövrdən müşahidə olunduğunu, ancaq onlara təlim keçilmədiyini bildiriblər. Elm adamları qeyd edir ki, elə buna görə də, pişiklər özlərini evin sahibi kimi hiss edirlər.
Alpər