Terror təşkilatı PKK-nın Suriya qolu olan YPG Afrin şəhərində onlara dəstək verməyən 417 mülki vətəndaşı qətlə yetirib.
Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, öldürülənlərin 211-i 7-13 yaş aralığında olan uşaqlardır. Daha əvvəl YPG-nin yeniyetmələri Türkiyə Silahlı Qüvvələrinə qarşı mübarizə aparmaq məqsədilə təşkilata cəlb etməsi barədə xəbərlər yayılmışdı. Deyr Əz Zor şəhərində öldürülən Baran Qamışlı ləqəbli Riyad İbrahimin 15 yaşı var idi.
Türkiyə sərhəddinə yaxın 13 kənddəki 35 ailə terrorçuların evlərində basqın edərək 44 uşağı zorla qaçırtması barədə məlumat vermişdi. PKK-YPG-nin zorla saxladığı uşaqların sayının 500-ə yaxın olduğu deyilir.
Gülşən