
Türkiyə Barış və Demokratiya Partiyasının sədri Səlahəddin Dəmirtaş Qəndildən Abdullah Öcalanın məktubuna yazılan cavabı alaraq Türkiyəyə yola düşüb.
Dəmirtaş Ərbildə və Qəndildə görüşləri tamamladıqlarını bildirib.
Öcalanın yazdığı məktubu Kandilə apardıqlarını deyən Dəmirtaş cavabı aldıqlarını deyib: "İndi Ankaraya yola düşürük. Ümid edirəm ki, hamımız üçün, Türkiyə üçün xeyirli olar, kürd probleminin demokratik, sülh yoluyla həllinə töhfə verər. Bütün səylərimiz də bunun üçündü".
Qaynar.info