Xəbər lenti

PKK-Hizbullah qarşıdurması Türkiyəni qana boyadı - FOTOLAR
Dünya04:20 09.10.2014

PKK-Hizbullah qarşıdurması Türkiyəni qana boyadı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin qanlı gündəm: güney-doğudakı iğtişaşlar, PKK Atatürkün heykəlinə od vurdu; hökumət ərazidə komendant saatı tətbiq edir; ABŞ İŞİD-i havadan zərbələrlə geri oturtdu

Kobanidəki İŞİD hücumlarına etiraz aksiyalarında ölənlərin sayı 18-ə çatıb. Van və Diyarbəkirdə 2 gündür iğtişaşlar ara vermir.  Şəhərdə onlarla yaralı olduğu bildirilir.

İŞİD-in Suriya-Türkiyə sərhədindəki Kobani kürd kəndinə hücumunaetiraz olaraq Türkiyənin güney-doğu əyalətlərində oktyabrın 7-dənbaşlayaraq etiraz aksiyaları keçirilir. Küçələrə çıxan PKK-lılarlaHizbullah tərəfdarları arasında qarşıdurmalar səngimir. Tərəflər şəhərdəyanğınlar tərədir, yaşayış, hökumət binalarına, iş yerlərinə hücumlartəşkil edirlər. 
Van şəhərinin valisi Nezih Doğan şəhərdəki iğtişaşların yatırılmasıüçün vətəndaşlara müraciət edilsə də, bəlli qrupların provokasiyalarısəngimir. Vali bələdiyyələri məhəllələrdəki yanğınlara müdaxiləetməməkdə suçlayıb. Yada salaq ki, Van valisi AKP-dən olsa da, şəhərdəkibir çox bələdiyyələrin sədrləri kürdlərin siyasi partiyası HDP-nintəmsilçiləridir.
Türkiyə Daxili İşlər Nazirliyinin yaydığı son açıqlamada bildirilirki, hökumət qüvvələri ilə təxribatçılar arasındakı toqquşmalardaDiyarbəkirdən 10, Mardindən 3, Siirtdən 2, Batman, Muş və Vanşəhərlərinin hər birindən bir nəfər ölüb. Onların hamısı odlu silahdanaçılan atəş nəticəsində həyatlarını itirib. Ölüm faktları ilə bağlıcinayət işləri açılıb, meyitlər autopsiya üçün dövlət xəstəxanalarınagöndərilib.
Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada o da deyilir ki, 15şəhərə tətbiq edilən komendant saatının nə zamana qədər davam edəcəyiolayların gedişindən asılı olacaq. Polislər məhəllə-məhəllə gəzərəksəsgücləndiricilərlə vətəndaşlara komendant saatı ilə bağlı xəbər verir.
Bölgədə durum o qədər gərginləşib ki, Türk Hava Yolları yaxıntarixlərə bu istiqamətə uçaq reyslərini ləğv edib. Gecə boyu davam edənetirazlarda küçələrdəki nəzarət kameraları sındırılıb, kamera olandirəklər uçurulub. Odlu silahla yanaşı dəmir və beton parçaları iləsilahlanan kürdlər şəhərdə çoxsaylı dağıntılar törədib.
Olay yerindən çəkilən videolarda polisin gözyaşardıcı qazdan, rezingüllələrdən istifadə etdiyi görünür. Qarşıdurma yaşanan şəhərlərinküçələrində uzunmüddətli atışma səsləri gəlir.
“Diyarbəkir və çevrəsində komendant saatı hələ bir neçə gün davamedəcək”. Bu sözləri Türkiyənin kənd təsərrüfatı naziri Mehdi Ekeroktyabrın 7-də yaşanan olaylarla bağlı açıqlama verərkən deyib. Nazirdeyib ki, iğtişaşlarına qarşısını almaq üçün hökumət bütün qanunivasitələrdən yararlanacaq: “Diyarbəkirdə 10 nəfər həlak olub. Onlarınyazınlarına başsağlığı verirəm. Çox sayda iş yerinə hücum edilib,yandırılıb, yağmalanıb. Xırda və orta sahibkarlara böyük ziyan dəyib. ”
Şəhərin daxili işlər orqanları da saat 22-dən başlayaraq komendantsaatı tətbiq ediləcəyi, insanların küçəyə çıxmasının yasaqlandığıhaqqında informasiya yayıb.  Polisin bildirişində vurğulanır ki, qərarınməqsədi 1 milyon insan yaşayan bölgədə insanların can və malvarlıqlarının təhlükəsizliyini təmin etməkdir. 
Nazir iğtişaş törədənlərin təcili tibbi yardım maşınlarına, həkimbriqadalarına, xəstəxanalara hücumunu da kəskin pisləyib:“Diyarbəkirdə 3təcili tibbi yardım maşını yandırılıb, 2-si aşırılaraq yararsız halasalınıb. Açıq -  aydın görünür ki, söhbət etiraz  etmək yox, təxribattörədərək sabitliyə uzunmüddətli təhlükə yaratmaqdır”.
Oktyabrın 8-də adı çəkilən şəhərlərdə dükanlar işləməyib. Dağıdılaniş yerlərinin sahibləri əmlakları ilə bağlı problemləri çözmək üçünrəsmi qurumlara üz tutub.
Şəhərlərdə gün boyu yanan avtomobillərdən barrikadalar qurulmasıdavam edib. Polislər olaya müdaxilə edərkən çoxsaylı qarşıdurmalaryaşanıb. Pozuculuq təşəbbüsündə bulunan onlarla insan müvəqqəti saxlamayerlərinə aparılıb.
Bu arada ABŞ-ın Kobani yaxınlığındakı İŞİD qüvvələrinə havamüdaxiləsi də gün boyu ara verməyib. ABŞ MN-in açıqlamasında İŞİDqüvvələrinin böyük itki ilə geri çəkildiyi bildirilir. Onu da vurğulayaqki, İŞİD Kobaniyə üç həftədir hücum əməliyyatları həyata keçirir. Son 2gündə isə Kobanidə İŞİD bayraqları dalğalanırdı. “Reuters” agentliyininərazidə olan müxbiri xəbər verir ki, oktyabrın 8-də İŞİD şəhəringirişindən geri çəkilib: “İŞİD son günlər bu qədər ağır itki verməyib.Qüvvələr tamamilə pərən-pərəndir. Bu əməliyyat İŞİD-ə vurulan ən ağırzərbələrdəndir”.
Suriyadan isə fərqi xəbərlər gəlməkdədir. Suriya insan haqlarımüdafiəçilərindən Rami Abdilrahmanın sözlərinə görə, ABŞ-ın havahücumlarından sonra geri çəkilən İŞİD yeni qüvvələr cəlb edərək Kobaniyəyeni hücum əməliyyatı hazırlayır. Onun sözlərinə görə, şəhərə (bəzimənbələr kənd, qəsəbə də yazır) İŞİD-çilər qalmasa da, onların uzaqərazilərə çəkildiyini söyləmək olmaz. Gün boyu davam edən bombardmanŞanlıurfanın kəndlərindən aydın müşahidə edilib. 
Türkiyədəki iç durumu gərginləşdirən etirazçı kürdlərin Atatürkünheykəlləri ilə insanlığa yaraşmayan davranışları olub. GüneydoğudaAtatürkün heykəlinə od vurulub, heykəlin kəllə hissəsi ilə “futboloynanılıb”. Atatürkün heykəllərinə hücum təkcə kürdlərin kompaktyaşadıqları ərazilərdə baş verməyib. İstanbulda yaşayan kürdlər dəAtatürkün büstünü uçurub. Onu da vurğulayaq ki, Türkiyə dövlətininqurucusu Mustafa Kamal Atatürkə sayğı qanuniləşdirilib. Dövlətinbanisinə həqarət cinayət məsuliyyəti yaradır. Ancaq AKP iqtidarıdönəmindən bu qanun faktiki olaraq işləmir.
PKK tərəfdarları ilə Hizbullahçılar arasındakı atışmalarda 10 nəfəröldürülüb. Polis bölmələrinə silahlı hücum zamanı hücum zamanı 32-siağır olmaqla 47 polis yaralanıb. Siirtdə əhali AKP-nin yerli qərargahınahücum edib. Çox sayda Molotov kokteyli atılan binada yanğın başlayıb.Partiya binasına ciddi ziyan dəyib.
Əhali təhlükəsizlik qüvvələrinin əraziyə girişini əngəlləmək üçünmagistral yollarda barrikadalar qurub. Oktyabrın 8-də Diyarbəkir, Siirt,Van, Mardinə gəlmək istəyən təhlükəsizlik qüvvələri yerli kürdlərinhücumu ilə üzləşib. Hökumət qüvvələri etirazçıları zərərsizləşdirdikdənsonra əraziyə daxil ola bilib.
Şırnakda isə PKK-lılar etiraz olaraq məktəbləri yandırıb. 300nəfərlik qrup orta məktəb binasına hücum edərək binaya alışdırıcımaddələr atıb. Ərazidə çəkiliş aparan jurnalistlər yaralanıb. Qızıl Ayınyardımı ilə vəzifə başındakı jurnalistlər olay yerindən uzaqlaşdırılıb.PKK-lılar təcili tibbi yardım maşınlarına da  hücum edim, tibbpersonalını döyüb, maşınları aşırıblar.
Türkiyədəki qarşıdurmalar Avropaya da sıçrayıb. Oktyabrın 8-dəAlmaniyanın Hamburq şəhərində PKK tərəfdarları ilə İŞİD dəstəkçiləriarasında qarşıdurma yaşanıb. Məscidə toplanan PKK-lılar İŞİD hücumlarınaqarşı etiraz aksiyası keçirmək qərarına gəlib. Onlar camenin önünəçıxarkən ərazidə 300-ə yazın İŞİD tərəfdarı olduğunu görüb. Hər ikiqrupun əlində zopalar, kəsici alətlər olub. Tərəflər arasındaqısamüddətli toqquşmalar Almaniya polisinin müdaxiləsi ilə yatırılıb.Təşkilatçılar arasından bir neçə nəfərin saxlandığı bildirilir. 
Bu arada MHP İstanbul il başqanı Bülent Karataş Twitter hesabındanülküçü cameəyə səslənərək, olaylara müdaxilə etməməyə çağırıb. Karataşbildirib ki, MHP-nin İstanbul bölmələrinə kürdlərin hücumu ilə bağlıyayılan xəbərlər provokasiyadır.

Qaynar.info