Xəbər lenti

PKK Naxçıvan sərhəddində
Dünya10:36 27.08.2015

PKK Naxçıvan sərhəddində

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
PKK silahlıları Türkiyənin İğdır bölgəsinin Naxçıvanla sərhəddə yerləşən Dilucu sərhəd buraxılış məntəqəsində polisləri aparan maşına silahlı hücum ediblər. Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində iki polis əməkdaşı ağır yaralanıb.
Hücumdan sonra silahlılar hadisə yerindən qaçıblar. Əraziyə xeyli sayda hərbçi, polis dəstələri cəlb olunub. PKK üzvlərini ələ keçirmək üçün əməliyyatlar davam edir.
Yaralı polislər İğdır Dövlət Xəstəxanasına aparılıb.
Qaynar.info