Suriyanın Afrin şəhərində ələ keçirilən fotokameralarda uşaq terrorçuların görüntüləri tapılıb.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, fotolar 12-13 yaşlı uşaqların PKK-YPG tərkibində vuruşduğunu, təşkilatın azyaşlılara hərbi təlim keçdiyini sübut edir.
Daha əvvəl İnsan Haqqları İzləmə Təşkilatı bu məsələni dəfələrlə gündəmə gətirib.
Qeyd edək ki, Türkiyə ordusu Afrində anti-terror əməliyyatı keçirilir. Əməliyyat nəticəsində zərərsizləşdirilən terrorçular arasında PKK-YPG tərəfindən vuruşmağa məcbur edilən azyaşlılar da var.