Xəbər lenti

PKK-nın mühüm şəxslərindən biri təslim oldu
Dünya12:55 14.03.2015

PKK-nın mühüm şəxslərindən biri təslim oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
PKK-nın mühüm şəxslərindən biri polisə təslim olub.  Musavat.com-un məlumatına görə, təslim olan KBB (Kürdüstan Bölgələri Birliyi) idarə şurasının üzvü, Cəmil Bayıkın sağ əlidir. 
PKK-nın mühüm şəxslərindən olan Cəmil Bayıkın sağ əli Doğan M. İstanbulda yerləşən polis idarələrinin birinə gələrək təslim olub. 
Doğan M. Avropaya qaçmaq niyyətilə Bolqarıstana keçib. Saxta pasporta görə Bolqarıstanda saxlanılan Doğanı polislər Türkiyə sərhədinə göndərib. Bundan sonra o, İstanbula gələrək təslim olub. Haqqında çox sayda axtarış əmri olan Doğan M. həbs olunaraq cəzaçəkmə məntəqəsinə göndərilib.  
Qaynar.info