Xəbər lenti

PKK Türkiyənin qarşısına şərt qoydu
Dünya06:35 06.04.2013

PKK Türkiyənin qarşısına şərt qoydu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İmralı adasında həbsdə saxlanılan PKK terror təşkilatının lideri Abdullah Öcalanın yazdığı geri çəkilmə ilə bağlı məktub 3 millət vəkili tərəfindən Qəndil dağına və Brüsselə aparılıb. 

Qaynar.info-nun Milliyət qəzetinə istinadən verdiyi xəbərə görə, geri çəkilmə ilə bağlı mayın 1-nə qədər son hazırlıqların tamamlanmasını istəyən Öcalanın parlamentdə komissiyanın qurulması, prosesi idarə etmək üçün şərtlərinin normallaşdırılması tələblərinin həyata keçəcəyi təqdirdə hərəkətə keçilməsini istədiyi bildirilib.  

Hökumətin problemdən bəhs edərkən hələ də terror və terror təşkilatı sözlərindən istifadə etməsi PKK-nı narahat edib. Həbsxanada keçirilən görüşdə terror təşkilatının bu narahatlığı da Öcalana çatdırılıb. 

Təşkilatın üzərində önəmli çəkisi olan KCK Şurasının üzvü Cəmil Bayık Ərdoğanın təklif etdiyi "Silahsız çəkilmə" ilə bağlı təklifinə "Döyüşçülərimiz hüquqi təminatı görmədən bir addım da geri çəkilməyəcək" cavabını verib. 

Qaynar.info