Xəbər lenti

"Playboy"un qurucusu öldü
Dünya07:16 28.09.2017

"Playboy"un qurucusu öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Məşhur kişi jurnalı "Playboy"un qurucusu Hyu Hefner 91 yaşında dünyasını dəyişib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Hefnerin 1953-cü ildə 600 dollar və anasından aldığı 1000 dollar borcla evinin mətbəxində hazırladığı jurnal illər keçdikcə bütün dünyaya yayılıb, ayda 7 milyon nüsxəsi satılıb.

Mediada yayımlanan görüntülərdə ipək gecə geyimi ilə əyləncəyə meyilli biri imicini yaradan Hyu Hefner bütün həyatı boyu "Playboy" modelləri ilə birlikdə olub, evlənib, son illərini isə dəbdəbəli evlərdə əyləncə məclislərində keçirib.

Son illərdə çılpaq qadın fotoları yayımlamaqdan imtina edən jurnalın qurucusunun həyatı boyunca mindən çox qadınla eşq macərası yaşadığı deyilir. 

Gülşən

Qaynarinfo.Az