Xəbər lenti

Podolyak: “Avropaya Qazaxıstan və ya Azərbaycan qazı lazımdırsa...”
Dünya11:03 30.08.2024

Podolyak: “Avropaya Qazaxıstan və ya Azərbaycan qazı lazımdırsa...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qazdan əlavə, 2025-ci ilin yanvarından Rusiya neftinin Ukrayna ərazisindən Drujba neft kəməri ilə tranziti dayandırılacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə "Novosti.Live”ə müsahibəsində Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak bildirib.
"2025-ci il yanvarın 1-dən qazla yanaşı, "Drujba” neft kəməri də fəaliyyətini dayandıracaq”, - o deyib.
Onun sözlərinə görə, bəzi Avropa ölkələri - Slovakiya, Çexiya və Macarıstan Rusiya neftini bu neft kəməri ilə alıb. Amma Aİ-nin qətnaməsinə əsasən, bu ölkələr neft tədarükünü diversifikasiya etməli və Ukrayna ərazisindən tranzitini dayandırmalıdır.
Bu, qaza da aiddir, Podolyak deyir. Müəyyən müqavilə həcmləri var idi və tranzit 2025-ci il yanvarın 1-də başa çatacaq. Amma o əlavə edib ki, əgər Avropa ölkələrinə Qazaxıstan və ya Azərbaycan qazı lazımdırsa, o zaman Ukrayna onu nəql etməyə hazırdır.
Xatırladaq ki, Ukrayna 2024-cü ilin sonunda başa çatan qazla bağlı Rusiya ilə tranzit müqaviləsini yeniləmək niyyətində deyil, Avropadan müraciət olarsa, öz GTS vasitəsilə digər təchizatçılardan qazın tranzitini müzakirə etməyə hazırdır.
Alpər