Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, rusiyalılar Pokrovsk istiqamətinə təzyiq göstərməkdə davam edir və yəqin ki, Baxmutu ələ keçirmək təcrübəsini təkrarlamaq istəyirlər. O, rusiyalıların orada 50-60 min əsgər itirə biləcəyini ehtimal edib.
Qaynarinfo xəbər verir ki, Ukrayna prezidenti bu barədə "Ukrayna 2024. Müstəqillik” forumu çərçivəsində aparılan müzakirələrdən sonra keçirilən mətbuat konfransında bildirib.
Jurnalist ona Kursk vilayətində hücumun Ukraynaya Rusiya ilə danışıqlar üçün əlverişli şərait yarada biləcəyi barədə sözlərini xatırladıb və qeyd edib ki, Kursk vilayətində gedən döyüşlərə baxmayaraq, Rusiya qoşunlarının Pokrovska doğru irəliləyişi səngimir, oradakı müdafiə sabitləşmir.
Zelenski qeyd edib ki, Kursk vilayətinə hücum başlayandan sonra rusların Pokrovsk yaxınlığında irəliləməsi səngiyib.
"Bəzən elə olur ki, üç briqada olan yerdə üç-beş briqada arasında fərq olmur, əsas odur ki, kim sıxır, hansı sayda, döyüşçülər nəyə qadirdir”, - prezident deyib.
"Onlar orada geri çəkilmirlər, geri qayıdanı güllələyirlər. Və onlar yenə də sıxacaqlar. Onlara bu lazımdır, Baxmutla bağlı vəziyyət kimi. Orada 50-60 min insan itirəcəklər”, - deyə o əlavə edib.
Zelenski onu da qeyd edib ki, 2,5 il davam edən müharibədə belə əməliyyatların necə hazırlanacağı, bu əməliyyatlar barədə kimin və neçə nəfərin bilməli olduğu bəlli olub.
"Düşmən nəyisə bilirsə, onun qulağı hər yerdədir, təkcə bizim dövlətdə deyil. Əgər hərəkətlərimiz haqqında nəsə bilsələr, uğur qazana bilməyəcəyik. Bu o deməkdir ki, şans olmayacaq və biz çox şey itirəcəyik”, - Zelenski vurğulayıb.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər