ABŞ-ın Nyu-York şəhərində 100 qadını bişirib yemək üçün plan quran Cilberto Vall adlı polis məmuru ifşa edilib.
Türkiyə mətbuatının verdiyi xəbərə görə, Nyu York şəhərinin polisi Cilberto Vallın kompüterində 100 qadının qaçıraraq, bişirib yemə planını aşkar edib. Manyak polis müxtəlif yerlərdən 100 qadın barədə məlumatlar toplayıb. Və artıq üçü ilə əlaqə yaradıbmış. Onun qorxunc planını Manhettendə izlədiyi iki qurbanı pozub. Adı açıqlanmayan qadın təqib edildiyini başa düşəndən sonra polisə xəbər verib. Vallı sorğu-suala cəlb edən detektivlər Vallın siyahısını və cinayət planını ələ keçirməyə müvəffəq olub.
Saxlanılan manyakın Nyu Cersidən Maykl Van Hays adlı cinayət ortağının da olduğu məlub olub. Manyak polis bir müddət əvvəl məhkəmədə hakim qarşısına çıxıb, onun etirafları isə hamının qanını dondurub.
İlk qurbanı haqqında danışan Vall məhkəmədə ifadə verib: “Səssizcə evinə girib, onu qaçıracaq. Sonra bir yerə bağlayıb, zəif odda bişirəcəkdim. O mənim birinci qurbanım olmalıydı”. Məhkəmədə şahid kimi ifadə verən Vallın arvadı ərinin planını biləndən sonra şok keçirdiyini deyib. O, həmçinin Vallı sakit bir adam kimi tanıdığını deyib.
Vallın insan əti yeməkdə maraqlı olan adamların görüşdüyü saytlara daxil olduğu və burada bəzi insanlarla söhbət etdiyi bildirilib. Manyak polisin ən az 20 il həbs cəzasına məhkum edilməsi istənilir (ANN.Az).