Xəbər lenti

Dünya 23:59 09.04.2024

Polis anbardan 19 kq narkotik maddənin yoxa çıxmasına görə siçovulları günahlandırıb

Hindistanda polis anbardan 19 kq qeyri-qanuni maddənin yoxa çıxmasında siçovulları günahlandırıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "News9Live" məlumat yayıb.

Nəşrin məlumatına görə, 2018-ci ildə polis Charkhand ştatının Rajqanc şəhərində bir kişini və onun oğlunu saxlayıb. Baxış zamanı onlardan 9 kq marixuana və çətənə kolundan hazırlanmış 10 kq narkotik vasitə aşkar edilərək götürülüb.

İki şəxsin məhkəməsi bu günə qədər davam edir. Aprelin əvvəlində müstəntiqdən götürülmüş narkotikləri sübut kimi təqdim etmək istənilib, lakin məlum olub ki, sübutlar yoxdur. Təqsirləndirilən şəxslərin vəkilinin sözlərinə görə, polis idarəsinin rəisi bildirib ki, 19 kq qadağan olunmuş maddələrin hamısı siçovullar tərəfindən məhv edilib.

"Times Now" telekanalının məlumatına görə, müdafiəçi qeyd edib ki, hüquq-mühafizə orqanları maddi sübut təqdim edə bilmədiyi üçün müdafiə etdiyi şəxslərə qarşı irəli sürülən ittihamlar əvvəlcə yalan ola bilər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?