Xəbər lenti

Polis əməliyyat keçirdi: 2 azərbaycanlı İŞİD-çi tutuldu
Dünya12:38 29.10.2017

Polis əməliyyat keçirdi: 2 azərbaycanlı İŞİD-çi tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə hüquq-mühafizə orqanları dünəndən İŞİD-ə qarşı başlatdığı əməliyyatları davam etdirir. "Qaynarinfo" xəbər verir ki, ötən gündən İsnatbul, Ankara, İzmir başda olmaqla 8 böyük şəhərdə əməliyyatlar keçirilir.
Artıq indiyədək aralarında çox sayda əcnəbinin olduğu 149 İŞİD-çini saxlayıb. Onların arasında 2 azərbaycanlı da var. Azərbaycanlı İŞİD-çilər Bursada ələ keçirilib. Polis şəhərin 7 rayonunda 15 adresə basqın edib. Nəticədə 39 terrorçu ələ keçirilib. Onlardan 2-si azərbaycanlı, 28-i suriyalıdı.
Ələ keçən 149 terrorçu ilə yanaşı, çox sayda silah-sursat və partlayıcılar tapılıb. Əməliyyatlar davam etdirilir.
Aydın
Qaynarinfo.Az