Xəbər lenti

Polis etirazçıya daş atdığına görə həbs edildi
Dünya09:41 20.12.2019

Polis etirazçıya daş atdığına görə həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Paris Cinayət Məhkəməsi 1 May nümayişləri zamanı etirazçı "Sarı jiletlilər”dən birinə səki daşı atan polisə iki ay şərti həbs cəzası verib.
Qaynarinfo xəbər verir ki, məhkəmə, peşəsini davam etdirə bilməsi üçün polisin şəxsi işinə cəza kimi yazmamağı qərarlaşdırıb.
Sarı jiletlilərin nümayişləri başlayandan bəri ilk dəfə bir polis məmuru etirazçılara qarşı zor tətbiq etdiyinə görə cəzalandırılmış olub.
Paris Prokurorluğu polisə 3 il həbs cəzası və 45 min avro cərimə istəmişdi.
Fransa Daxili İşlər naziri Kristof Kastaner bir neçə ay əvvəl verdiyi açıqlamada polisin hərəkəti nəticəsində dörd nəfərin gözünün ağır yaralandığını etiraf etmişdi.
Xatırladaq ki, "Mediapart” veb saytının verdiyi xəbərinə görə, aksiyalar zamanı polisin müdafiə silahlarından istifadəsi nəticəsində 5 adamın əli sınmış, 23 adam gözünü itirmiş, 268 nəfər başından, 15 adam əlindən yaralanmış, 64 adam bədən, 26 adam bel, 106 nəfərsə ayaqlarından xəsarət almışdı.