
Braziliyada hər gün orta hesabla 6 nəfər polis tərəfindən öldürülür. Qaynar.info xəbər verir ki, bu fakt "Brazilian Forum on Public Safety" şirkətinin apardığı araşdırma nəticəsində ortaya çıxıb.
Şirkətin 2009-2013-cü illər aralığında Braziliyada apardığı araşdırmalar nəticəsində məlum olub ki, polis 5 ildə 11197 nəfəri öldürüb. Bu isə hər günə orta hesabla 6 nəfərin ölümü deməkdir. Araşdırmada qeyd olunur ki, ABŞ polisi son 30 ildə 11090 nəfərin ölümünə səbəb olub. Braziliyada isə son 5 ildə bu rəqəm Amerikadakından daha artıqdır.
Braziliyada ötən il 50806 nəfər cinayət qurbanı olub. Bu isə hər 10 dəqiqədə bir nəfərin ölməsi deməkdir. Cinayət qurbanlarının 70 fizi qara dərililər, 50 faizi isə 15-29 yaş aralığında olanlardır.
Qaynar.info