Xəbər lenti

Polis mayoru öldürüldü
Dünya06:03 08.08.2013

Polis mayoru öldürüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avqustun 7-dən 8-nə keçən gecə Dağıstanın Xasavyurt qəsəbəsində polis mayoru evinin qarşısında güllələnib.

APA-nın məlumatına görə, polis mayoru, 1971-ci il təvəllüdlü Salman Qereyevə naməlum şəxslər atəş açıblar, o, yerindəcə keçinib.

Üç övladı olan polis əməkdaşı avtomobilində qətlə yetirilib.

“Avtomobilə basqın edənlər iki tərəfdən Qereyevin avtomobilini atəşə tutublar. Cinayətkarlar hadisəni törədəndən sonra ərazini tərk ediblər. Hadisə yerindən gilizlər tapılıb”, - deyə hüquq-mühafizə orqanlarının məlumatında deyilir.

Faktla bağlı cinayət işi başlanıb.

Qaynar.info