Xəbər lenti

Polis məmurları 42 qadını öldürən "vampir"in qaçmasına kömək edib
Dünya04:30 23.08.2024

Polis məmurları 42 qadını öldürən "vampir"in qaçmasına kömək edib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Keniyada beş polis məmuru (bir qadın da daxil olmaqla) serial qatilin polis bölməsindən qaçmasına kömək etdikləri iddiası ilə mühakimə olunur.
Qaynarinfo xəbər verir ki, bu barədə polis rəisi Gilbert Masengeli məlumat verib.
"İndiyə qədər aparılan araşdırmalar göstərir ki, qaçış polis bölməsindəki əməkdaşların köməyi ilə həyata keçirilib", deyə polis rəisi bildirib.
"Keniyalı vampir" kimi tanınan serial qatilin avqustun 20-də Nayrobi polis bölməsindən 12 məhbusla birlikdə qaçdığı bildirilir. Polisin məlumatına görə, məhbuslar stansiyadan çıxaraq məftilləri kəsib və qaçıblar. Hazırda onlarln axtarışı davam edir.
33 yaşlı "keniyalı vampir" keçən ay polis Nayrobinin yoxsul bölgəsindəki zibillikdə qadınların parçalanmış cəsədlərini tapdıqdan sonra həbs edilmişdi. Dindirilmə zamanı o, son iki ildə 42 qadını öldürdüyünü etiraf edib.
Dərhal polis əməkdaşlarının qətllərdə əli ola biləcəyinə dair şübhələr yaranıb. Ehtimallara görə, manyakın qurbanları hökumət əleyhinə nümayişlərin iştirakçıları olub. Onların meyitlərinin tapıldığı poliqon polis idarəsindən cəmi 100 metr aralıda yerləşir.
Hüquq müdafiəçiləri müntəzəm olaraq Keniya polisini xüsusən də yoxsul məhəllələrdə qanunsuz qətllərdə ittiham edirlər. Hökumət siyasətinə qarşı etiraz aksiyalarında iştirak etdikdən sonra bir çox fəal yoxa çıxıb və hələ də itkin düşmüşlər siyahısındadır. Onları oğurlamaqda Keniya polisi də günahlandırılır.
Aydın