Xəbər lenti

Polis mitinqçilərə atəş açdı
Dünya06:54 03.01.2014

Polis mitinqçilərə atəş açdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kamboca polisi bu səhər etirazçılara atəş açıb. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bir neçə nəfər yaralanıb

Kambocanın paytaxtı Pnopenya yaxınlığında tekstil sənayesinin işçiləri əmək haqlarının artırılması tələbi ilə aksiya keçiriblər. Aksiyada bir neçə min nəfər iştirak edib. 

Polis havaya bir neçə xəbərdarlıq atəşi açıb. Bundan sonra da silahları manifestantların üzərinə yönəldib. Hadisə yerində üç nəfərin öldüyü deyilir. 

Hökumət isə bəyan edir ki, etirazçılar asayiş keşikçilərinə daş atıblar. Bundan sonra polis atəş açmaq məcburiyyətində qalıb. 

Qaynar.info