Xəbər lenti

Polis Müsavat üzvünün həbsini belə şərh etdi
Siyasət13:44 23.07.2014

Polis Müsavat üzvünün həbsini belə şərh etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Orxan Mansurzadə: “Fərəc Kərimli sosial şəbəkələrdə psixotrop maddələrin təbliği ilə məşğul olurmuş”

DİN Müsavat Partiyası üzvünün saxlandığını təsdiqləyib

Daxili İşlər Nazirliyi (DİN) Müsavat Partiyasının üzvü Fərəc Kərimlinin saxlandığını təsdiqləyib.

DİN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavab olaraq bildirib ki, Fərəc Kərimli əməliyyat məlumatı əsasında polis əməkdaşları tərəfindən saxlanılıb, baxış zamanı onun üzərindən narkotik vasitə aşkar edilərək götürülüb.

O. Mansurzadə onu da qeyd edib ki, F. Kərimli sosial şəbəkələrdə psixotrop maddələrin təbliği ilə məşğul olurmuş.

Qeyd edək ki, F. Kərimli bu gün səhər saatlarında saxlanılıb.

G. Aslanlı APA-ya bildirib ki, Bayıl qəsəbəsində yaşayan F. Kərimli bu gün anasını müayinə etdirmək üçün Bakı Sağlamlıq Mərkəzinə gedərkən naməlum şəxslər tərəfindən həbs olunub.

Qaynar.info