Xəbər lenti

Polis “Qırmızı paltarlı qadına” qarşı- 20 aylıq həbs və 600 ağac
Dünya15:56 11.06.2015

Polis “Qırmızı paltarlı qadına” qarşı- 20 aylıq həbs və 600 ağac

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qadına qarşı gözyaşardıcı qazdan istifadə edən Türkiyə polisinə 20 aylıq həbs və 600 ağac əkmək cəzası verilib. 

Qaynar.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, İstanbul məhkəməsinin qərarına görə, Fatih Zengin 10 ay səlahiyyətindən sui-istifadə, daha 10 ay isə sakinlərə qarşı zor tətbiq etmək maddələri ilə cəzalandırılıb. 

Bundan əvvəl isə Zengin yarım il müddətinə 600 ağac əkməli və onlara su verib nəzarət etməli olacaq. 

Qeyd edək ki, bu hadisə Gezi parkındakı aksiya zamanı, 2013-cü ilin iyununda baş vermişdi. 

Üzünə bibər qazı sıxılan İstanbul Texniki Universitetinin tələbəsi Ceyda Sunqurdur. Onun bu şəkli qısa müddətdə yayılaraq məşhurlaşıb və “Qırmızı geyinmiş qadın” adı ilə tanınıb. 

Avqusta qədər davam edən Gezi parkı hadisələrində 11 nəfər adam həlak olmuşdu.