Xəbər lenti

Polis rəisinin içərisində olduğu avtomobil qəzasına aydınlıq gətirildi
Ölkə19:45 27.08.2024

Polis rəisinin içərisində olduğu avtomobil qəzasına aydınlıq gətirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xəbər verildiyi kimi, avqustun 25-də saat 23 radələrində Şəki-Qax avtomobil yolunun Aşağı Göynük kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətindən Report-un sorğusuna cavab olaraq bildirilib ki, Qax Rayon Polis Şöbəsinin rəisinin də içərisində olduğu "Toyota" markalı avtomobilin qəza hadisəsi ilə bağlı aidiyyəti üzrə cinayət işi başlanılıb.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri aparılır.