
Qırğızıstanın Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılan polis əməkdaşı özünü asıb.
Qaynar.info-nun Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, özünə qəsd edən polis əməkdaşı bu ilin aprel ayında 16 kq heroin satışına görə tutulub.
Polis əməkdaşı saxlanılan zaman onda psixi pozuntu halları müşahidə olunub.
Eyni zamanda Bişkek məhkəməsi avqust ayının 22-də saxlanılan şəxsin tibbi müayinədən keçməklə müraciətini qəbul etməmişdi.
Hadisə ilə bağlı araşdırma aparılır.
Qaynar.info