Xəbər lenti

Polis və cinayətkarlar arasında atışma: 8 ölü
Dünya06:40 20.03.2017

Polis və cinayətkarlar arasında atışma: 8 ölü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Meksikanın Verakrus ştatının Koşkiui şəhərində polislərlə cinayətkarlar arasında atışma baş verib. İstiPress-in RİA-ya istinadən verdiyi xəbərə görə, atışma nəticəsində 5-i polis olmaqla 8 nəfər həlak olub.
Hüquq mühafizə orqanlarının məlumatına görə, cinayətkarlar polislərə hücum edib, onların maşınları yandırıblar. 
Ölənlər arasında yerli bələdiyyə sədrinin kürəkəninin də olduğu bildirilir. Şəhər polisinin verdiyi məlumata görə, cinayətkarlar ilk olaraq bələdiyyə sədrinin evinə gəliblər və kürəkəninin öldürüblər. Bundan sonra polislə cinayətkarlar arasında atışma başlayıb. Atışmanın baş verdiyi əraziyə onlarla polis maşını gəlib.
Hadisədə şübhəli bilinən iki nəfər həbs edilib. Prokurorluq faktla bağlı araşdırmalara başlayıb.
Qaynar.Az