Xəbər lenti

Polis zorakılığı səbəbindən ölən Corc Floydda Covid-19 olub
Dünya09:10 04.06.2020

Polis zorakılığı səbəbindən ölən Corc Floydda Covid-19 olub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın Minnesota ştatının Minnepolis şəhərində mayın 25-də polis tərəfindən saxlanılarkən zorakılığa məruz qalaraq həyatını itirən qaradərili Corc Floydun Covid-19 daşıyıcısı olduğu üzə çıxıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Hennep rayonunun tibbi ekspertiza idarəsi rəydə ölüm səbəbi kimi infarkt qeyd etsə də, onun tibbi keçmişinə dair detallara da yer verilib.
Məlum olub ki, Floyd aprelin 3-də koronavirus testindən keçib və nəticəsi müsbət çıxıb. Lakin onda virusun simptomları özünü göstərməyib. Floyd ölərkən ağciyərlərinin sağlam olduğu, lakin ağciyərlə ürək arasındakı damarlarda daralma müəyyən edildiyi qeyd olunub.
Rəydə həmçinin ölüm səbəbindən ayrı olaraq digər önəmli detallar başlığı altında narkotik maddə olan fentanil zəhərlənməsi və yaxın dövrlərdə mütamfetamin istifadə etdiyinə yer verilib.
Qeyd hissədə isə fentanil zəhərlənməsinin ağır nəfəs yolları stresinə və qıcolmalara səbəb ola biləcəyinə diqqət çəkilib.
Camal