
Bu gün İstanbulun Taksim meydanında bədbəxt hadisə baş verib.
Qaynar.info-nun məlumatına görə, səhər saatlarından Taksim meydanına girən polis günortadan sonra geri çəkilib. Bundan istifadə edən aksiya iştirakçıları meydandan yenə plakatlar asmağa başlayıblar.
Polis kütləni dağıtmaq üçün yenidən meydana girib. Bu zaman qəribə hadisə baş verib. Polisə Molotov kokteyli atmaq istəyən iki nəfər aksiyaçı bilmədən özlərini yandırıblar. Ətrafdakı insanların yardımı ilə yanğın söndürülüb.
Qaynar.info