Xəbər lenti

Polislə aksiyaçılar arasında toqquşma - FOTO
Dünya20:48 22.12.2013

Polislə aksiyaçılar arasında toqquşma - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dinc xarakterli aksiyada bir qrup şəxsin polisə daş atması qalmaqala səbəb oldu

Dünya  Bu gün Türkiyənin İstanbul şəhərində "Böyük rüşvət" əməliyyatları ilə bağlı etiraz aksiyası keçirilib

Ans Press-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Kadıköy meydanına toplanan etirazçılar hökumətin və nazirlərin istefasını tələb ediblər. 

İstanbul polisinin verdiyi məlumata görə, ilk qəqiqələrdə dinc xarakteri daşıyan aksiyada vətəndaşlar hökumət əleyhinə səsləndiriblər və rüşvət qalmaqalı ilə bağlı etirazlarını bildirirərək, baş verənlərə son verilməsini tələb ediblər. 

Ancaq çox keçmədən aksiyaçıların arasına sızan kiçik bir qrup kənarda aksiyanı izləyən polislərə daş atmağa başlayıblar. Bu da polislərin aksiyaya müdaxilə etməsinə və onların dəyənəklərdən, su-yanğın nasoslarından, rezin güllələrdən, bir göz yaşardıcı qazlardan istifadə etməsinə səbəb olub. 

Aksiyanı dağıdan polislər xeyli sayda etirazçını həbs edib. 

Qaynar.info