Xəbər lenti

Polislər azalır, itlər artır
Dünya10:56 27.12.2013

Polislər azalır, itlər artır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nyu York Polis Departamenti son 12 ildə şəhərdə polislərin sayının azaldığını bildirib.

Qaynar.info
-nun məlumatına görə, azalan polis sayının yerini doldurmaq üçün polis itlərini gətirilib.

Narkotik ələ keçirmə, cinayətkarın təqib olunması, bomba axtarışı kimi sahələrdə istifadə olunan K9 itlərinin cinayətkarlıqla mübarizədə uğur qazandıqları da qeyd olunub.

Polisdən hazırda xidmət edən itlərin sayı açıqlanmasa da, onların sayının 100-dən çox olduğu bildirilib.

Bu addım xərcləri də azaltmağa təsir göstərib. Nyu Yorkda xidmət edən bir polisə ildə 76 min dollardan çox pul xərclənirdisə, itlərə cəmi min dollar xərc çəkilir.

Qaynar.info