
Trend-in məlumatına görə, hadisə yerinə göndərilmiş polislərə GPS-naviqatorlar vasitəsilə nəzarət ediləcək. Əgər polislər hadisə yerinə getməzlərsə və ya oraya gec gələrlərsə, onlara qarşı cərimələr tətbiq ediləcək.
Cərimənin miqdarı və qanun layihəsinin digər təfərrüatları açıqlanmır. Qanun layihəsi baxılması üçün oktyabrda hökumətə təqdim ediləcək.
Qaynar.info