Xəbər lenti

"Politico": Aİ Rusiyanın nüvə sənayesinə qarşı sanksiyaların tətbiqindən imtina etdi
Dünya06:55 17.02.2023

"Politico": Aİ Rusiyanın nüvə sənayesinə qarşı sanksiyaların tətbiqindən imtina etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa Komissiyası Rusiya Federasiyasının nüvə sənayesi və onun iştirakçılarına məhdudiyyətləri yeni sanksiyalar paketinə daxil etməyəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə "Politico" üç diplomata istinadən yazıb.
Nəşr qeyd edib ki, Avropa İttifaqının icraedici orqanı blok ölkələrini Rusiyanın mülki nüvə sektoruna qarşı sanksiyalar hazırlamaq niyyəti barədə məlumatlandırsa da, "plan uğursuzluğa düçar olub”. 
"Təəssüf ki, nüvə sektoru bu təklifə daxil edilməyib", - diplomatlardan biri qarşıdan gələn onuncu sanksiyalar paketini şərh edərkən bildirib.
Xüsusən də Macarıstan uzun müddət belə məhdudiyyətlərə qarşı çıxıb. Fransa da bu sahədə sanksiyalarda ehtiyatlı olmağa çağırıb. Bu həftənin əvvəlində Fransa İqtisadiyyat Nazirliyi qeyd edib ki, "bir çox atom elektrik stansiyaları Rusiya nüvə yanacağından istifadə edir”.
Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Brüsseldə Avropa Şurasının iclasındakı çıxışında Rusiyanın nüvə sənayesinə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
Alpər