Avropa Komissiyası İlon Maskın Kiyevin Starlink şəbəkəsinə girişini bloklamaqla hədələdiyi bildiriləndən sonra, Ukraynaya peyk rabitəsini təmin etməkdə necə kömək edə biləcəyini araşdırır.
Qaynarinfo Politico-ya
istinadla xəbər verir ki, peyk rabitə sistemləri Ukrayna üçün kritik əhəmiyyətə malikdir, amma hələ Maskın Starlink-ə giriş imkanı verib-verməyəcəyi məlum deyil. Keçən il Ukrayna 42.000 Starlink terminalına sahib olduğunu bildirib, onların yarısı Polşa tərəfindən maliyyələşdirilir.
Komissiyanın sözçüsü Tomas Renye bildirib ki, Kiyev artıq Govsatcom — AB-nin milli hökumət peyk gücünün birləşdirilmiş şəbəkəsi və 2030-cu illərdə işə başlayacaq yeni IRIS² peyk konstelasiyasından istifadə imkanları ilə maraqlanıb.
"Komissiya bu məsələdə Ukrayna ilə əlaqələrini davam etdirəcək", —Renye deyib.
Avropa Parlamenti üzvü Kristof Qrudler bu həftə AB icra hakimiyyətinə yazdığı məktubda, AB-nin Ukraynaya Starlink əvəzinə təklif edə biləcəyi alternativ peyk həllərini "dərhal qiymətləndirməli" olduğunu bildirib. Qrudler Govsatcom-un bu il işə salınmasını sürətləndirmək üçün sertifikatlaşdırma prosesini atlamağı təklif edib, bu, IRIS² hazırlanana qədər müvəqqəti həll ola bilər. Renye qeyd edib ki, bu sistem Kiyevə "güzəştli hökumət xidmətləri" təqdim edəcək, amma bunun praktikada nə demək olduğu və nə vaxt işə salınacağı barədə təfərrüatlar verilməyib.
Digər alternativlərə, artıq geostasionar orbitdə olan Eutelsat, Hispasat və ya SES peyk xidmətlərinin və ya OneWeb konstelasiyasının istifadə edilməsi daxildir.
Alpər
Şərhlər