Xəbər lenti

"Politico": Putinin rəqibi “möcüzələrin” ona yardım etdiyini iddia edir
Dünya13:57 29.01.2024

"Politico": Putinin rəqibi “möcüzələrin” ona yardım etdiyini iddia edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Putin mənə qarşıdır, amma Tanrı mənim tərəfimdədir.
Qaynarinfo xəbər verir ki, bunu Rusiya prezidentliyinə namizəd Boris Nadejdin "Politico"ya müsahibəsində deyib. 
O, uğurunu "bir sıra möcüzələr” və "heyrətləndirici şeylər”lə əlaqələndirib.
Birincisi, Boris Nadejdin liberal "Vətəndaş təşəbbüsü” partiyasının dəstəyini qazana bilib ki, bu da inzibati maneələrin sayını azaldıb. İkincisi, minlərlə insan ianə etməyə və könüllü kimi qeydiyyatdan keçməyə başlayıb. Üçüncü möcüzə yanvarın əvvəlində baş verib, əksəriyyəti xaricdə yaşayan bir sıra nüfuzlu rusiyalı müxalifətçilər onun açıq-aşkar dəstəkləyiblər. Nadejdin deyir: "Bunu Tanrı adlandırın və ya taleyi adlandırın, amma mənim kampaniyam maddi qüvvə tərəfindən idarə olunur”, - Nadejdin bildirib.
Müstəqil analitiklər Nadejdinin populyarlığının artmasını möcüzə kimi deyil, Kremldən və onun Ukraynadakı hərbi kampaniyasından ümumi narazılığın əlaməti kimi izah edirlər. Ancaq çoxları Kreml müdaxilə etmədən yüksəlişin nə qədər davam edə biləcəyini düşünür. Nadejdin özü bildirib ki, prezident administrasiyasından hələ heç kim "çay içməyə” dəvət etmək üçün onunla əlaqə saxlamayıb. "Bu, mənimlə nə edəcəklərini bilmədiklərinə işarədir", -  siyasətçi qeyd edib.
Boris Nadejdin onun adının seçki bülletenində görünməsi şəklində beşinci möcüzəni istisna etmir. 
Nizami Bağırov