ABŞ Konqresinin 2022-ci ilin dekabrında təsdiq etdiyi 48 milyard dollarlıq ABŞ yardım paketindən 6 milyard dolları qalıb. Bu o deməkdir ki, yayın ortalarına qədər ABŞ büdcəsində Kiyevə silah tədarükü üçün ayrılan pullar bitə bilər.
Qaynarinfo bu barədə "Politico"ya istinadla xəbər
verir.
Qəzet qeyd edir ki, yerdə qalan vəsaitin miqdarı bəzi qanunvericilərdə Ağ Evin gələcək planları, o cümlədən prezident Co Bayden administrasiyasının Konqresdən daha bir böyük yardım paketi üçün vəsait istəməsi ilə bağlı narahatlıq yaradır. Bununla belə, nəşrin müsahibə verdiyi bir çox konqresmen hesab edir ki, xüsusilə USQ-nin gözlənilən əks-hücumunu nəzərə alsaq, maliyyələşmə fasiləsiz davam edəcək.
Bayden administrasiyasının rəsmisinin sözlərinə görə, hazırda Ağ Ev Ukrayna tərəfinə hərbi yardımın yeni tranşının ayrılmasını müzakirə edir. Mənbənin sözlərinə görə, əks-hücum zamanı və ya ondan sonra Ukraynanın ehtiyaclarının necə dəyişə biləcəyi dəqiq bilinmir, lakin administrasiya uzunmüddətli perspektivdə Kiyevi dəstəkləməyə "tam sadiqdir”.
Alpər