"Donald Trampın dövründə bir çox ölkələrin sərhədləri dəyişə, bəziləri isə tamamilə yox ola bilər".
Qaynarifno xəbər verir ki, bunu "RİA Novosti" ilə söhbətində beynəlxalq münaqişələr üzrə ekspert, rusiyalı politoloq Yevgeni Mixaylov deyib.
"Donald Trampın ABŞ prezidenti vəzifəsinə gəlişi fikrimcə, bütün beynəlxalq vəziyyəti kökündən dəyişəcək və üstəlik, onun rəhbərliyi altında bir çox dövlətlərin sərhədlərinin dəyişməsi, bəzilərinin isə tamamilə yoxa çıxması tamamilə mümkündür", deyə politoloq bildirib.
Mixaylov xatırladıb ki, Tramp administrasiyası artıq ABŞ-ın Qrenlandiyaya, Panama kanalına iddialarını elan edib və Kanadanın ABŞ-a qoşulması barədə danışmağa başlayıb.
Fevralın 1-də ABŞ ordusunun keçmiş kəşfiyyatçısı Skott Ritter ABŞ prezidenti Donald Trampın Meksikada kartellərə qarşı aparmağı planlaşdırdığı mübarizənin iki ölkə arasında hərbi əməliyyatlarla nəticələnə biləcəyini bildirib.
Keçmiş amerikalı kəşfiyyatçının sözlərinə görə, Pentaqonun yeni rəhbəri çox aqressivdir və ictimaiyyət hesab edir ki, ABŞ-da xüsusi təyinatlılar milli maraqları müdafiə etmək üçün istənilən inkişafa hazırdırlar.
Aydın
Şərhlər