Xəbər lenti

Politoloq Zaxarovanın fikirlərini şərh etdi: “Paşinyanın şərtinə görə...”
Siyasət09:26 18.11.2021

Politoloq Zaxarovanın fikirlərini şərh etdi: “Paşinyanın şərtinə görə...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Zaxarovanın fikrindən belə görünür ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı məsələdə müəyyən müsbət çalarlar var”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın brifinqdə səsləndirdiyi "son hadisələr Azərbaycan - Ermənistan sərhədinin delimitasiyası, daha sonra da demarkasiyası ilə bağlı işlərə ən tez zamanda başlamağın, aidiyyəti komissiyanın işə başlamasının vacibliyini göstərir” fikrinə münasibət bildirərkən deyib: 
"Amma əsas məsələ Ermənistanı buna vadar etməkdir. Nikol Paşinyan konkret hansı məsələlərdən başlamaq barədə danışmadan hansı son açıqlamasında sülh danışıqlarına hazır olduğunu, sülh istədiyini bildirib. Lakin əvvəlki kimi şərtlə çıxış edib. Onun şərtinə görə, danışıqlar prosesində ATƏT-in Minsk qrupu da iştirak etməlidir. İrəvan münaqişənin özünü beynəlmiləllşdirərək, ora xristian dövlətlərini əlavə etdiyi kimi, indi də sülh yaratma prosesinə xristian ölkələrindən ibarət daha çox dövlətin cəlb olunmasında maraqlıdır. Hansı ki, bu ölkələr açıq şəkildə Ermənistanı müdafiə və Qarabağın yuxarı hissəsindəki separatçılara status verilməsini tələb edən dövlətlərdir. Azərbaycan isə uzağı altılıq çərçivəsində, yaxud da Rusiyanın moderatorluğu ilə birbaşa Ermənistanla danışıqlara başlamaqda maraqlıdır”. 
Bu mənada həmsöhbətimizə görə, Zaxarovanın açıqlaması göstərir ki, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı işlər tezliklə sürətlənə bilər: 
"Azərbaycan buna hazırdır. Ümumiyyətlə, prosesdə müəyyən hazırlıq işləri də görülüb. Hansı xəritələr əsasında delimitasiya prosesinin aparılmasını həyata keçirməklə danışıqlar prosesinə başlamaq çətin olmayacaq”.
Rüfət Sultan