Xəbər lenti

Polşa 2024-cü ildə hərbi xərclərini 15% artıracaq
Dünya14:27 24.08.2023

Polşa 2024-cü ildə hərbi xərclərini 15% artıracaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Polşanın Baş naziri Mateuş Moravetski bildirib ki, 2024-cü ildə ölkə büdcəsindən hərbi xərclərə - ordunun maliyyələşdirilməsinə və dövlət sərhədinin möhkəmləndirilməsinə 158 milyard zlotıdan (38,1 mlrd dollar) çox vəsait ayrılacaq. Bu, 2023-cü illə (137,1 milyard zlotı - 33,1 milyard dollar) müqayisədə 15,2% çoxdur.
Qaynarinfo xəbər verir ki, bu barədə Baş nazirinin dəftərxanası məlumat yayıb.
"Bir çox böhranlara baxmayaraq, bu il üçün gəlir tapa bildik. Büdcəyə tam baxsaq mən üç əsas istiqamətə diqqət yetirərdim. Birincisi, geniş şəkildə başa düşülən fiziki təhlükəsizlikdir - sərhədlərimizin təhlükəsizliyi və ordumuzun maliyyələşdirilməsi”, Moravetski hökumət iclasının yekununda bildirib. 
Qeyd edək ki, iyulun əvvəlində "Vaqner” özəl hərbi şirkətin muzdlularının Belarusa köçürülməsi ilə əlaqədar Polşa sərhədə 1000 əsgər və 200-ə yaxın texnika göndərmək qərarına gəlib. Sonra sərhəddəki əsgərlərin sayı 2 minə çatdırılıb. Polşa hökuməti də yeni birlik və hərbi hissələrin yaradılmasını elan edib.
Nizami Bağırov